“Tottenhem”in futbolçusu “Real”ın radarına düşüb
14.06.2024 - 14:19
“Tottenhem”in futbolçusu “Real”ın radarına düşüb

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Real” heyətini müdafiəçi ilə gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, “kral klubu” “Tottenhem”in mərkəz oyunçusu Kristian Romero ilə maraqlanır. Bu barədə ESPN məlumat yayıb.

Madrid klubu Romeronun durumunu yaxından izləyir. “Real” Romero üçün “Tottenhem”ə təklif göndərməyə hazırlaşır.

Romero ötən mövsüm 34 oyunda 5 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0