"Frayburq" "Bavariya"nı Almaniya Kubokundan kənarlaşdırdı
05.04.2023 - 00:45
"Frayburq" "Bavariya"nı Almaniya Kubokundan kənarlaşdırdı

Almaniya Kubokunun 1/4 finalında Tomas Tuxelin "Bavariya"sı gözlənilməz uğursuzluqla qarşılaşıb.

Apasport.az xəbər verir ki, "Bavariya" Münxendə "Frayburq"a 1:2 uduzaraq turnirdə çıxışını dayandırıb. Lukas Hölerin 90+5-ci dəqiqədə penaltidən vurduğu qol həlledici olub.

Daha əvvəl "Ayntraxt" "Union"u Randal Kolo Müaninin 11 və 12-ci dəqiqələrdə vurduğu qollarla 2:0 məğlub etmişdi.

Qeyd edək ki, Almaniya Kubokunda digər 2 yarımfinalçı "Nürnberq" – "Ştutqart" və "Laypsiq" – "Borusiya" (Dortmund) oyunlarından sonra bilinəcək.

writer photo
Əlirza Əlirzalı
0