Bu gün Belarus çempionatının X turunun “Slutsk” – “Qomel” oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, futbol eksperti Sergey Saplin bu qarşılaşmaya proqnoz verib.
Mütəxəssis Belarus çempionatının görüşünün qollu keçəcəyini gözləyir:
“Slutsk” 4 oyundan ibarət uğurlu məğlubiyyətsizlik seriyası yaşayıb. Bu da emosional planda futbolçuların durumunda müsbət rol oynayır. Onlar həqiqətən də daha yaxşı oynamağa, faəl olmağa başlayıb.
Bu, daha çox artıq üç qol vuran Verqeyçikə aiddir. O, komandasının ən yaxşı bombardiridir. Hücumçu matçdan-matça artırmaq gücündədir.
Ev oyununda üstünlük aqressiv hücum futbolçuna veriləcək. Çətin ki, rəqibə oyunu diqtə etmək imkanı verilsin.
“Qomel” isə turnir cədvəlinin aşağılarında var-gələ davam edir. Komanda son 4 matçda 1 heç-heçə edib və 3 dəfə uduzub.
Buna baxmayaraq, komanda kifayət qədər açıq futbol oynayır, öz qol imkanlarından gözəl istifadə edir.
Amma müdafiədə etibarlı oyun çatışmır. Müdafiəçilər həddən artıq çox səhv buraxır. Məhz bu üzdən “Qomel”ə səfərdə qələbəyə ümid etmək çox çətin olacaq.
“Slutsk” və “Qomel” açıq tərzdə oynayacaq. Komandalar müdafiədə oturmayacaq. Komandaların hərəsinin ən azı bir dəfə fərqlənəcəyini təxmin edirəm.
Proqnozum: Q/Q