"Fulhem" 35 milyon avroya müdafiəçi alıb
23.08.2024 - 21:46
"Fulhem" 35 milyon avroya müdafiəçi alıb

İngiltərə Premyer Liqasında mübarizə aparan "Fulhem" heyətini yeni transferlə gücləndirib.

Apasport.az xəbər verir ki, klub "Kristal Pelas"dan müdafiəçi Yoaxim Anderseni heyətinə qatıb.

London təmsilçisi 28 yaşlı müdafiəçi üçün 35 milyon avrosundan keçib.

Qeyd edək ki, təcrübəli futbolçu sabiq klubunda 113 matça çıxıb, 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0