“Arsenal” Premyer Liqada “Mançester Siti”nin “abunəçi”siniə çevrilib.
Apasport.az saytı xəbər verir ki, “topçular” çempionatın son 12 matçında Mançester təmsilçisini məğlub edə bilmir.
İspaniyalı mütəxəssis Pep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” doğma “Etihad” stadionunda London klubu ilə oynadığı son 8 görüşdə isə rəqibinə 1 xal belə verməyib.
XXXIII turdan sonra “Arsenal” 75 xalla turnir cədvəlinin ilk pilləsində yer alır. Mikel Artetanın komandasının ən yaxın rəqibi olan “Mançester Siti” 73 xal toplasa da, liderdən iki matç az oynayıb.
Qeyd edək ki, bu komandalar arasında dünən baş tutan “Mançester Siti” – “Arsenal” görüşü ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.