Füllkruq Premyer Liqa yolunda
03.08.2024 - 19:28
Füllkruq Premyer Liqa yolunda

"Vest Hem Yunayted" alman futbolçu Niklas Füllkruqun transferi üçün "Borussiya Dortmund"la razılıq əldə edib.

Apasport.az xəbər verir ki, futbolçu artıq alman klubunun düşərgəsini tərk edib.

İngilislər bu transfer üçün qarşı tərəfə 30 milyon avro ödəyəcək. Yeni komandasına 3 illik qoşulacaq Füllkruq illik 3 milyon avro qazanacaq. 

Qeyd edək ki, ötən mövsüm "Borussiya"da 46 oyuna çıxan hücumçu 16 qol vurub, 10 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0