Futbol tarixinin ən yaxşıları - ilk “20-lik”
16.10.2022 - 15:15
Futbol tarixinin ən yaxşıları - ilk “20-lik”

“FourFourTwo” nəşri futbol tarixinin ən yaxşı 100 futbolçusunun siyahısını dərc edib.

Apasport.az saytının məlumatına görə, cədvəlin ilk iki pilləsində argentinalılar qərarlaşıb.

Jurnalın araşdırmasına əsasən, hazırda PSJ-də çıxış edən Lionel Messi futbol tarixinin ən yaxşısıdır. Onu həmyerlisi Dieqo Maradona izləyir. İlk “üçlüy”ü “Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo qapayır. Əfsanəvi braziliyalı Pele 4-cü, fransalı Zinəddin Zidan isə 5-ci pilləyə layiq görülüb.

İlk “20-lik”:
1. Lionel Messi
2. Dieqo Maradona
3. Kriştiano Ronaldo
4. Pele
5. Zinəddin Zidan
6. Yohan Kroyff
7. Corc Best
8. Frants Bekkenbauer
9. Ferens Puşkaş
10. Ronaldo
11. Gerd Muller
12. Alfredo di Stefano
13. Mişel Platini
14. Ziko
15. Qarrinça
16. Bobbi Çarlton
17. Paolo Maldini
18. Romario
19. Cüzeppe Meatsa
20. Andres İnyesta 
 

writer photo
Əlirza Əlirzalı
0