Futbolçular arasındakı davanın görüntüləri - VİDEO
16.02.2023 - 20:44
Futbolçular arasındakı davanın görüntüləri - VİDEO

Bir neçə gün əvvəl Rusiyanın “Şinnik” və Ukraynanın “Minaj” klubunun futbolçuları arasında başa verən əlbəyaxa davanın videosu yayılıb.

Apasport.az xəbər verir ki, Antalyada yerləşən hotellərin birində yaşanan dava rus futbolçulardan birinin hotel əməkdaşına qarşı kobud davranması nəticəsində baş verib. 

Ukraynalı idmançının buna irad bildirməsindən qəzəblənən rus futbolçular ona gözlənilmədən qəfil zərbələr endirib. Bundan sonra isə kütləvi dava olub.

Qeyd edək ki, davada bir neçə futbolçuda sınıq əmələ gəldiyi bildirilib.

writer photo
Əlirza Əlirzalı
0