Maquayra daha bir müştəri
30.01.2023 - 16:30
Maquayra daha bir müştəri

“Mançester Yunayted”in futbolçusu Harri Maquayrı heyətində görmək istəyən daha bir klubun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi “İnter”in hədəfindədir.

İtaliya klubu onun transferi ilə bağlı mançesterlilərə rəsmi sorğu göndərib. Milanlılar bu keçidi transfer pəncərəsinin son günlərində gerçəkləşdirmək istəyir.

Qeyd edək ki, Maquayr cari mövsüm Premyer Liqada 8 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0