Girassi – bundesliqasının yeni rekordçusu
08.10.2023 - 01:53
Girassi – bundesliqasının yeni rekordçusu

“Ştutqart”ın hücumçusu Seru Girassi Almaniya çempionatının 7-ci turunda “het-trik”lə yadda qalıb.

Apasport.az saytı xəbər verir ki, 13 dəfə fərqlənən forvard bundesliqanın rekordunu müəyyənləşdirib.

Girassi bu nəticə ilə Robert Levandovskinin 2020/21 mövsümündəki göstəricisini yaxşılaşdırıb. O vaxt polşalı hücumçu 7 tura 11 qol vurub. 

Qeyd edək ki, 2022-ci ildən “Ştutqart”da çıxış edən futbolçu ötən mövsümdə 28 oyunda 14 qol və iki ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0