Avropanın 21 yaşa qədər ən yaxşı futbolçusuna verilən “Golden Boy” mükafatının 2024-cü il siyahısı iyun ayında yenilənib.
Apasport.az xəbər verir ki, İtaliyanın Tuttosport idman qəzeti tərəfindən təsis edilən mükafata namizədlərin siyahısında ilk "onluq"da sadəcə 2 ad dəyişib.
“Ayaks”dan Jorrel Hato və “Atletiko Madrid”dən Artur Vermeren ilk "10-luq"dan kənarda qalıblar. Onların əvəzinə siyahıda Pau Kubarsi və Aleksandr Pavloviç yer alıb.
Paylaşılan siyahıda Lamin Yamal birinciliyini qoruyub.
“Real Madrid”də çıxış edən Arda Gülər siyahıda 19-cu pillədə qərarlaşıb. “Yuventus”dan Kənan Yıldız 32-ci, “Beşiktaş”dan Semih Kılıçsoy 59-cu, Kasımpaşadan Yasin Özcan isə 67-ci pillədə qərarlaşıb.
Qızıl Oğlan 2024 mükafatının ilk 10 adı belədir:
1. Lamin Yamal - "Barselona"
2. Joao Neves - "Benfika"
3. Alexandro Qarnaço - "Mançester Yunayted"
4. Uorren Zair-Emeri - PSJ
5. Leni Yoro - "Lill"
6. Savio - "Jirona"
7. Kobie Maynu - "Mançester Yunayted"
8. Pau Kubarsi - "Barselona"
9. Aleksandar Pavloviç - "Bavariya"
10. Riko Lyuis - "Mançester Siti"