Gürcüstanlı qapıçını "Atletiko" və "Vilyarreal" istəyir
24.05.2023 - 10:17
Gürcüstanlı qapıçını "Atletiko" və "Vilyarreal" istəyir

“Valensiya”nın qapıçısı Georgi Mamardaşvili mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az saytı xəbər verir ki, 22 yaşlı qolkiper "Tottenhem", "Aston Villa", "Atletiko", "Vilyarreal" və "Portu"nun maraq dairəsinə düşüb.

İspaniya klubu ilə 2027-ci ilin yayına kimi müqaviləsi olan Gürcüstan millisinin qolkiperinin sərbəst qalma məbləği 100 milyon avrodur. “Valensiya” futbolçunu daha ucuz qiymətə satmağa razı olsa da, Mamardaşvili komandada qalaraq əsas heyətdə möhkəmlənmək istəyir.

Qeyd edək ki, La Liqada mövsümün 35 matçında meydana çıxan Georgi 7 oyunda qapısını təmiz saxlaya bilib.

writer photo
Əlirza Əlirzalı
0