Haaland kumirinin kim olduğunu açıqlayıb
17.11.2023 - 23:54
Haaland kumirinin kim olduğunu açıqlayıb

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland "Əl-Nəsr"in ulduzu Kriştiano Ronaldo haqqında danışıb.

Apasport.az xəbər verir ki, o, uşaqlıqda 38 yaşlı forvardı özünə kumir olaraq gördüyünü deyib: 

“Mən həmişə Ronaldonu, onun cərimə meydançasındakı hərəkətlərini izlədiyimi xatırlayıram. O, olmaq istədiyi sahəyə girməzdən əvvəl iki və ya üç hərəkət edərdi. Bu, müdafiəçilərlə duel kimi bir şeydir". 

"Ronaldo mənə ilham verdi.  Onun keçdiyi inkişaf yolu möhtəşəmdir. Yadınızdadırmı, “Mançester Yunayted”də, sonra “Real”da ilk illərində necə oynayırdı? Kriştianonun qol vurma tərzi də inanılmaz idi".

Qeyd edək ki, yeni nəsil ulduz futbolçulardan Kilian Mbappe də idealının məhz portuqaliyalı superstar olduğunu etiraf etmişdi. 

writer photo
Əlirza Əlirzalı
0