Hadson-Odoiyə üç müştəri
08.08.2022 - 09:15
Hadson-Odoiyə üç müştəri

“Çelsi”nin futbolçusu Kallum Hadson-Odoini heyətinə qatmaq istəyən klubların adları bəlli olub.

Apasport.az saytının məlumatına görə, vinger üç komandanın hədəfindədir.

Bunlardan ikisi Premyer Liqa təmsilçiləridir. “Lester”lə “Sauthempton” Kallumu sıralarına qatmaq istəyir.

21 yaşlı futbolçuya “Yuventus” da iddia edir. O, ötən mövsüm 28 matça çıxıb və 3 qol vurub.

Qeyd edək ki, Hadson-Odoinin müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0