Hakan Çalhanoğlu fantastik təklifi rədd edib
28.12.2023 - 23:51
Hakan Çalhanoğlu fantastik təklifi rədd edib

"İnter"in futbolçusu Hakan Çalhanoğlu Səudiyyə Ərəbistanından gələn cəlbedici təklifi qəbul etməyib.

Apasport.az xəbər verir ki, türk yarımmüdafiəçi "Əl Hilal"ın təklifini rədd edib. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

29 yaşlı orta xətt oyunçusu 4 illik müqavilə üçün 72 milyon avroluq maaşdan imtina edib. O, Avropada qalmağı üstün tutub.

Qeyd edək ki, Hakan Çalhanoğlu cari mövsümdə "İnter"in heyətində meydana çıxdığı 21 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0