Hakan Yakın "İstanbulspor"dan ayrıldı
19.01.2024 - 16:37
Hakan Yakın "İstanbulspor"dan ayrıldı

Super Liqa Trendyolda daha bir klub baş məşqçi ayrılığı yaşanıb.

Apasport.az xəbər verir ki, "İstanbulspor" Hakan Yakın ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

İsveçrəli mütəxəssis 14 oyunda 2 qalibiyyət, eyni sayda bərabərlik və 10 məğlubiyyət qazanıb. 

Qeyd edək ki, Super Liqada 7 xalla sonuncu pillədə qərarlaşan "İstanbulspor" ötən həftə öz meydanında "Konyaspor"la 0:0 hesablı heç-heçə edib.
writer photo
Əlirza Əlirzalı
0