Dünya çempionatının seçmə və final mərhələlərində ən çox qol vuran futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, IFFHS-in açıqladığı siyahıya Kriştiano Ronaldo başçılıq edir.
Portuqaliya millisinin üzvü mundialların seçmə mərhələlərində 36, final raundlarında isə 7 dəfə fərqlənib. 43 qolla zirvədə qərarlaşan 37 yaşlı forvardı qvatemalalı Karlos Ruiz izləyir. İlk “üçlüy”ü Uruqvay millisinin üzvü Luis Suares qapayır. Düzdür, iranlı Əli Dai də Suares kimi, ümumilikdə rəqib qapılarından 36 top keçirib. Ancaq uruqvaylı həmkarından fərqli final mərhələlərində də qol vurmağa müvəffəq olub.
Argentina yığmasının kapitanı Lionel Messi isə 34 topla 5-ci sıradadır.
Yer |
Futbolçu |
Millisi |
Seçmə m. |
Final m. |
Cəmi |
Turnirlər |
1 |
Kriştiano Ronaldo |
Portuqaliya |
36 |
7 |
43 |
2006(7+1), 2010(0+1), 2014(8+1), 2018(15+4), 2022(6) |
2 |
Karlos Ruiz |
Qvatemala |
39 |
0 |
39 |
2002(8+0), 2006(10+0), 2010(6+0), 2014(6+0), 2018(9+0) |
3 |
Luis Suares |
Uruqvay |
29 |
7 |
36 |
2010(5+3), 2014(11+2), 2018(5+2), 2022(8) |
4 |
Əli Dai |
İran |
36 |
0 |
36 |
1994(7+0), 1998(9+0), 2002(11+0), 2006(9+0) |
5 |
Lionel Messi |
Argentina |
28 |
6 |
34 |
2006(0+1), 2010(4+0), 2014(10+4), 2018(7+1), 2022(7) |
6 |
Tim Keyhill |
Avstraliya |
25 |
5 |
30 |
2006(7+2), 2010(4+1), 2014(3+2), 2018(11+0) |
7 |
Robert Levandovski |
Polşa |
30 |
0 |
30 |
2010(2+0), 2014(3+0), 2018(16+0), 2022(9) |
8 |
Miroslav Kloze |
Almaniya |
13 |
16 |
29 |
2002(2+5), 2006(0+5), 2010(7+4), 2014(4+2) |
9 |
Andrey Şevçenko |
Ukrayna |
26 |
2 |
28 |
1998(4+0), 2002(10+0), 2006(6+2), 2010(6+0) |
10 |
Karim Baqeri |
İran |
28 |
0 |
28 |
1994(0+0), 1998(19+0), 2002(8+0), 2006(0+0), 2010(1+0) |
11 |
Kazuyoşi Miura |
Yaponiya |
27 |
0 |
27 |
1994(13+0), 1998(14+0) |
12 |
Edin Dzeko |
Bosniya və H. |
25 |
1 |
26 |
2010(9+0), 2014(10+1), 2018(5+0), 2022(1+0) |
13 |
Ronaldo |
Braziliya |
10 |
15 |
25 |
1998(0+4), 2002(0+8), 2006(10+3) |
14 |
Jared Borqetti |
Meksika |
23 |
2 |
25 |
2002(6+2), 2006(14+0), 2010(3+0) |
15 |
Karlos Pavon |
Honduras |
25 |
0 |
25 |
1998(2+0), 2002(15+0), 2006(1+0), 2010(7+0) |