"Fənərbaxça"nın yarımmüdafiəçisi zədələndi
11.01.2024 - 15:55
"Fənərbaxça"nın yarımmüdafiəçisi zədələndi

"Fənərbaxça"nın yarımmüdafiəçisi Migel Krespo zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı futbolçu "Konyaspor"la matçda (7:1) ağır zədələnib. Onun ayaq əzələsində yırtıq aşkarlanıb. 27 yaşlı oyunçunun müalicə prosesindən asılı olaraq nə zaman qayıdacağı məlum olacaq.

Qeyd edək ki, Krespo cari mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. 

writer photo
Əlirza Əlirzalı
0