“Real” xeyriyyə oyunu keçirəcək: Türkiyəyə yardım üçün
14.02.2023 - 14:18
“Real” xeyriyyə oyunu keçirəcək: Türkiyəyə yardım üçün

Türkiyədə baş verən zəlzələyə futbol klubları da biganə qalmayıb.

Apasport.az saytının məlumatına görə, əksər dünya klubları kimi “Real” da bu yöndə addımlar atmağı planlaşdırır.

Madrid klubu zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədilə xeyriyyə oyunu keçirməyə qərar verib. Dəstək xarakterli matç İspaniya paytaxtında təşkil olunacaq. Görüşün “Real” və ya “Atletiko”nun stadionunda keçirilməsi ilə bağlı danışıqlar aparılır. 

Bir vaxtlar həm “Real”, həm də Türkiyə Super Liqasında oynamış ulduzlar Roberto Karlos və Quti də bu xeyriyyə matçında iştirak edəcək. Onların qonaq qismində dəvət alacağı, yoxsa veteran kimi meydana çıxacağı dəqiqləşməyib. Görüşlə bağlı “Atletiko”, “Rayo Valyekano” və “Xetafe” ilə də danışıqlar aparılır.
 

writer photo
Əlirza Əlirzalı
0