“Çelsi”nin futbolçusu Hakim Ziyeş karyerasını Niderlandda davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı vinger “Ayaks”a qayıtmağa yaxındır.
Amsterdam klubu mərakeşli futbolçunun qayıtmasında maraqlıdır. Hakim də İngiltərə təmsilçisini tərk etmək niyyətindədir. Belə ki, vinger baş məşqçi Tomas Tuxelin planlarına daxil deyil.
2016-20-ci illərdə “Ayaks”da oynamış futbolçu “Milan”ın da maraq dairəsindədir. Lakin italiyalılar maliyyə məsələsində ortaq məxrəcə gəlməkdə çətinlik çəkir.
Qeyd edək ki, anlaşması 2023-cü ilin yayında başa çatacaq Hakim ötən mövsümün 44 matçında 8 qola imza atıb.