“Milan”ın yetirməsi “İnter”ə keçir
21.06.2022 - 00:06
“Milan”ın yetirməsi “İnter”ə keçir

“Kalyari”nin müdafiəçisi Raul Bellanovanı komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu “İnter”ə keçmək üzrədir.

Klublar arasında aparılan danışıqlar artıq müsbət yekunlaşıb. “Neradzurra” sağ cinah müdafiəçisini əvvəlcə icarə əsasında heyətinə cəlb edəcək. Bu keçid “Kalyari”yə 4 milyon avro qazandıracaq. Müqaviləyə “İnter”in onu sonradan birdəfəlik transfer etmək bəndi də salınacaq. 

Qeyd edək ki, “Milan” akademiyasının yetirməsi olan Raul Bellanova ötən mövsüm icarə əsasında “Kalyari”də çıxış edib, italyanlar bu yay onu 700 min avroya “Bordo”dan transfer ediblər.
 

writer photo
Əlirza Əlirzalı
0