Hakimi Avropa nəhənglərinin hədəfində
01.11.2024 - 19:26
Hakimi Avropa nəhənglərinin hədəfində

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, o, Avropanın nəhəng klublarının diqqət mərkəzindədir. 

Futbolçunu "Mançester Siti", "Liverpul" və "Real" transfer etmək istəyir. 

PSJ ilə müqaviləsi 2026-cı ilin iyun ayında başa çatan Hakimi hələ ki, klubla yeni sözləşmə imzalamağa tələsmir.

Qeyd edək ki, PSJ Əşrəf Hakimini 2021-ci ilin yayında "İnter"dən transfer edib. 

writer photo
Əlirza Əlirzalı
0