Hakimi döyən klub prezidenti istefa verdi
13.12.2023 - 11:14
Hakimi döyən klub prezidenti istefa verdi

“Ankaragücü”nün prezidenti istefa verib.

Apasport.az xəbər verir ki, Türkiyə Super Liqasının “Ankaragücü” – “Rizəspor” (1:1) qarşılaşmasından sonra matçın baş hakimi Halil Umut Melerə yumruq atan ev sahibi komandanın prezidenti Faruk Koca vəzifəsindən ayrılıb.

Hadisədən sonra klubun idarə heyətinə istefa ərizəsini təqdim edən Kocanın istəyi qəbul olunub. Artıq paytaxt klubunun yeni rəhbəri də bəllidir. 

Belə ki, komandanın fövqəladə iclasında İsmail Mert Fırat yeni prezident seçilib.

writer photo
Əlirza Əlirzalı
0