“Liverpul” Fransadan hücumçu alır
10.10.2022 - 23:37
“Liverpul” Fransadan hücumçu alır

“Liverpul” heyətinə yeni hücumçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Ceremi Dokunun xidmətində maraqlıdır.

Premyer Liqa təmsilçisi hazırda “Renn”də çıxış edən 20 yaşlı forvardı transfer etmək niyyətindədir. Dokuya “Yuventus”la “Napoli” də maraq göstərir.

Ceremi 2020-ci ilin oktyabrında “Anderlext”dən “Renn”ə keçib. O, cari mövsümdə 7 matçda iştirak edib.

Qeyd edək ki, Dokunun Fransa klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0