"Real"ın Keyn planı
12.01.2023 - 11:34
"Real"ın Keyn planı

İngiltərənin "Tottenhem" klubunun hücumçusu Harri Keyn karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində "Real" maraqlıdır. 

Madrid klubu cari mövsümün sonunda onun transferini reallaşdırmağa hazırlaşır. Daha əvvəl "Mançester Yunayted" və "Çelsi"nin də transfer siyahısında olan forvardın dəyəri 90 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, Keynin komandası ilə müqaviləsi 2024-cü ilin yayında bitəcək. 

writer photo
Əlirza Əlirzalı
0