“Barselona”nın Martin Braytveytlə bağlı planı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu danimarkalı hücumçusunu icarəyə verəcək.
30 yaşlı forvard 2022/23 mövsümünü başqa klubda keçirəcək. Lakin “Barselona” hələlik bunun üçün uyğun klub axtarışındadır.
Martinin xidmətində “Valensiya”, “Selta” və “Brayton” maraqlıdır. Amma bu klublar üçün Braytveytin maaşını ödəmək də ciddi problemdir. Forvardın özü də 2020-ci ilin fevralından şərəfini qoruduğu klubdan ayrılmaq istəmir.
Qeyd edək ki, müqaviləsi 2024-cü ilin yayında başa çatacaq hücumçu “Barselona”da keçirdiyi 57 matçda 10 qol vurub.