Haland: “Ən böyük arzum onları bəsləməkdir”
23.02.2023 - 12:32
“Ən böyük arzum iribuynuzlu heyvanlar alıb, onları bəsləməkdir”.
Apasport.az saytının məlumatına görə, bunu “Mançester Siti”nin hücumçusu Erlinq Haland deyib.
22 yaşlı norveçli karyerasını bitirdikdən sonra hansı işlə məşğul olacağından danışıb. Şəhərdə doğulub boya-başa çatmasına baxmayaraq (Lids, İngiltərə) kənddə yaşamağa üstünlük verəcəyini deyən Haland bu arzusunun bir gün reallaşacağına inandığını söyləyib: “Mən kənd həyatını sevirəm”.
Qeyd edək ki, məhsuldar oyunu ilə diqqət çəkən futbolçu bu mövsüm “Mançester Siti”nin heyətində 32 oyuna 32 qol və 4 assistlə yadda qalıb.
0
0