Haland onlara meydan oxudu
30.09.2022 - 16:21
Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Haland dünyada heç bir müdafiəçidən çəkinmir.
Apasport.az saytının məlumatına görə, bunu 22 yaşlı futbolçunun özü açıqlayıb.
O, qarşısındakı oyunçulara fərq qoymadığını bildirib: “Dünyada elə müdafiəçi yoxdur ki, ona qarşı oynamaqdan qorxum. Kimə qarşı oynamağın mənim üçün fərqi yoxdur”.
Qeyd edək ki, “Mançester Siti”yə bu yay keçən forvard yeni klubunda 14 qol imza atıb.
0
0