“Mançester Siti”nin futbolçusu Erlinq Haland yeni rekord vurub.
Apasport.az saytı xəbər verir ki, 22 yaşlı hücumçu İngiltərə Premyer Liqasının XXXIII turunun "Arsenal"la matçında bunu rəsmiləşdirib.
90+5-ci dəqiqəsində fərqlənən norveçli bununla da çempionatda vurduğu qolların sayını 33-ə çatdırıb. Bu isə Premyer Liqanın 20 klubla keçirilməsindən sonra yeni rekord kimi tarixə düşüb.
O, Məhəmməd Salahı qabaqlayıb. Haland “Liverpul”un misirli forvardını 1 qol üstələyib. Salah 2017/18 mövsümündə 32 qol vurub.
Qeyd edək ki, qarşılaşma 4:1 hesabı ilə “Mançester Siti”nin xeyrinə başa çatıb.