“Yuventus”da yeni müqavilə
03.11.2023 - 00:14
“Yuventus”da yeni müqavilə

"Yuventus" daha bir futbolçusu ilə yeni müqavilə imzalayır.

Apasport.az xəbər verir ki, Turin klubu  müdafiəçi Qleyson Bremeri heyətində saxlamaq niyyətindədir.

“Ağ qaralar” Braziliya millisinin də şərəfini qoruyan 26 yaşlı müdafiəçi ilə danışıqları yekunlaşdırıb. Yaxın günlərdə yeni razılaşma imzalanacaq.

Qeyd edək ki, “Yuventus” Bremeri 2022-ci ilin yayında 41 milyon avroya "Torino"dan transfer edib. “Qoca sinyora” ilə razılaşması 2027-ci ildə bitəcək futbolçu bu mövsüm 10 matçda meydana çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0