Polşa millisinin üzvü Super Liqa klubuna keçir
09.09.2024 - 13:54
Super Liqa təmsilçilərindən "Qalatasaray" "Roma"nın yarımmüdafiəçisi Nikola Zalevskinin transferini başa çatdırmağa çalışır.
Apasport.az "Fanatik"ə istinadən xəbər verir ki, polşalı futbolçu Türkiyə klubuna keçməyə razılıq verib.
"Aslanlar" 22 yaşlı futbolçunun transfer hüququna sahib çıxa bilməsə, onu ən pis halda icarəyə götürəcək.
Zalevski bu mövsüm A Seriyasında 3 oyunda meydana çıxıb.
22 yaşlı cinah yarımmüdafiəçisi 2025-ci il iyunun 30-na qədər "Roma"ya məxsusdur. Polşa millisinin üzvü "Roma"nın yetirməsidir və 2021-ci ildə bu klubda ilk oyununa çıxıb.
0
0