"Arsenal" son 19 ilin ən yaxşı qol fərqinə sahibdir
07.04.2024 - 15:54
"Arsenal" son 19 ilin ən yaxşı qol fərqinə sahibdir

Ötən gün Mikel Artetanın komandası səfərdə "Brayton"u 3:0 hesabı ilə məğlub edərək azarkeşlərini növbəti dəfə sevindirib.

Apasport.az "Opta"ya istinadla xəbər verir ki, "Arsenal" bu mövsüm 75 qol vurub və 24 top buraxıb.

Sonuncu dəfə "topçular" Premyer Liqada +51 top fərqinə az qala 19 il əvvəl - 2004/2005 mövsümünün son turundan sonra nail ola bilib. 

Qeyd edək ki, "Arsenal" Premyer Liqanın turnir cədvəlində birinci yerdədir - komandanın 71 xalı var. "Liverpul" və "Mançester Siti" isə 70 xalla 2 və 3-cü pillələri bölüşürlər.


 

writer photo
Əlirza Əlirzalı
0