Arda Güler məşqi yarımçıq tərk edib - Səbəb
06.08.2024 - 12:08
Arda Güler məşqi yarımçıq tərk edib - Səbəb

La Liqa təmsilçilərindən "Real Madrid"in hücumçusu Endrik və yarımmüdafiəçisi Arda Gülər ​​yoldaşlıq görüşündən öncə keçirilən məşqləri yarımçıq dayandırmaq məcburiyyətində qalıb.

Apasport.az xəbər verir ki,  "Los Blancos" Londonun "Çelsi" klubu ilə yoldaşlıq oyunu keçirəcək və hər iki futbolçu bu matçı buraxa bilər.

18 yaşlı braziliyalı və 19 yaşlı türkiyəli "Real Madrid"in bazar ertəsi keçirilən məşqini tamamlaya bilməyib. Buna hər iki futbolçunun həddindən artıq yüklənməsi səbəb olub.

Endrik ötən ay Braziliyanın "Palmeyras" klubundan keçərək Madrid nəhənglərinin sıralarına qoşulmuşdu. Arda Gülər isə ​​ötən yay "Fənərbaxça"dan Karlo Ançelottinin komandasına keçid edib. 

writer photo
Əlirza Əlirzalı
0