DÇ-2022: Ən yaddaqalan MƏRCLƏR
25.12.2022 - 16:37
DÇ-2022: Ən yaddaqalan MƏRCLƏR

Qətərdə keçirilən DÇ-2022 təkcə azarkeşlər deyil, proqnozsevərlər və bukmeker kontorlarını da həyəcanda saxlayıb.

Apasport.az saytının məlumatına görə, 29 gün ərzində baş tutan 64 görüşə bir sıra yaddaqalan mərclər də qəbul olunub.

Onlar arasında uduşlu kuponlar olduğu kimi kontorların qazanması ilə bitənlər də qeydə alınıb. Onlardan bəzi yaddaqalanları təqdim edirik:

Autsayderlərə yuxarıdan aşağı baxanlar
Çempionatın ilk günləri autsayderlərlə görüşən favoritlərə böyük pullar qoyulub. Argentina ilə Səudiyyə Ərəbistanı ilə matçında Üst-ə 1,02 milyon rubl (24 min 684 manat), Fransa ilə Avstraliyanın qarşılaşmasında 3 Üst-ə 500 min rubl (12 min 100 manat), Mərakeşlə Xorvatiyanın duelində 3 Üst-ə 1 milyon rubl (24 min 200 manat), Almaniyanın Yaponiyaya 3,5 Üst vuracağına 1,9 milyon rubl (45 min 980 manat) qoyanlar olub. Ən böyük uduş İspaniya ilə Kosta-Rikanın görüşünə təsadüf edib. 4,5 Üst-ə 2 milyon rubl (48 min 400 manat) qoyan better 5,50 əmsalla 11 milyon rubl (266 min 200 manat) qazanıb.

Dəqiq hesabı tapdı
1/4 final mərhələsinin Argentina və Niderland arasında dueli dramatikliyi ilə seçilib. 500 min rubl (12 min 100 manat) qoyan better matçın dəqiq hesabının 2:2 olacağını təxmin edib. Son dəqiqələrdəki qol ona 10 milyon rubl (242 min manat) uduş gətirib.

Son tur qazancı
Proqnozsevər qrup mərhələsinin son turunda Belçikanın Xorvatiyaya qol vura bilməyəcəyini, Kanadanın Mərakeşə 2 Alt qol vuracağını təxmin edib. 2,5 milyon rublluq (60 min 500 manat) risk ona 9,4 milyon rubl (227 min 480 manat) uduş gətirib.

Cəsarətli mərc
Betterlərdən biri Almaniya ilə Kosta-Rika arasında son turun görüşünə böyük mərc edib. O, görüşün Üst ilə bitəcəyinə 7,1 milyon rubl (171 min 820 manat) qoyub. Cəmi 1,32 əmsala risk edən müştəri 9 milyon 372 min rubl (226 min 802,40 manat) uduşa sahib çıxıb.

Finalçıları tapdı
Proqnozsevər yarımfinal öncəsi bu turu adlayacaq komandaları təxmin edib. Argentina və Fransanın finala yüksələcəyinə 3 milyon rubl (72 min 600 manat) qoyan mərc həvəskarı 9 milyon rubl (217 min 800 manat) uduşa sahib çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0