Lionel Messinin Səudiyyə Ərəbistanından aldığı daha bir təklifin üstü açılıb.
Apasport.az xəbər verir ki, “Əl-Hilal” Argentina millisinin kapitanına illik 1 milyard avro ödəməyə razı olub.
Asiya təmsilçisinin 2023-cü ilin yayında Argentina millisinin hücumçusuna ağlasığmaz təklif göndərdiyi iddia olunur. Ərəblər bu məqsədlə yayda şəxsi təyyarə ilə Parisə uçublar. Onlar 36 yaşlı futbolçu ilə şəxsən görüşərək təklifi Messinin özünə deyiblər.
Həmin vaxt PSJ-dən yeni ayrılan futbolçu ailəsinin etirazını nəzərə alaraq Səudiyyə Ərəbistanına getməyə razılaşmayıb. Sonradan ABŞ-a köçən Lionel bu ölkənin “İnter Mayami” klubunda oynamağa razı olub.
Qeyd edək ki, “Əl-Hilal”da Neymar, Malkom və bir sıra digər məşhur futbolçular çıxış edir.