“Barselona”nın hücumçusu Robert Levandovski və “Mançester Siti”nin forvardı Erlinq Haland iştirak etdikləri liqalarda komandalarının qoluna ən çox töhfə verən futbolçulardır.
Apasport.az saytının məlumatına görə, adıçəkilən ulduzların qola töhfəsinin faiz dərəcəsi eynidir.
34 yaşlı Levandovski “Barselona”nın La Liqada vurduğu 29 qoldan 13-nü (45 faiz), 22 yaşlı Haland isə Premyer Liqada “Mançester Siti”nin 34 qolundan 17-ni (45 faiz) vurub. Bu, cari mövsümdə dünyanın bütün futbolçuları arasında ən yaxşı göstəricidir.
Qeyd edək ki, hər iki futbolçu bu ilin yayında Bundesliqadan hazırkı komandalarına keçib. Levandovski “Bavariya”da, Haland isə Dortmund “Borussiya”sında çıxış edib.