Handanoviç “İnter”də davam edəcək
14.09.2023 - 01:36
Handanoviç “İnter”də davam edəcək

Sloveniyalı qapıçı Samir Handanoviç karyerasını bitiməyə qərar verib.

Apasport.az-ın məlumatına görə, 39 yaşlı özü bu barədə açıqlayıb.

O, 11 il çıxış etdiyi “İnter”də fəaliyyət göstərəcək. Hələlik, Handanoviçin hansı vəzifə tutacağı məlum deyil. Samir Milan klubunun heyətində 455 matçda meydana çıxıb. Qapıçı 166 “quru” oyunla A seriyasının rekordçusudur. Bundan başqa, sloveniyalı qolkiper 32 penalti dəf edib.

Qeyd edək ki, Handanoviç “İnter”də 5 titul qazanıb. O, bir dəfə çempion, iki dəfə isə ölkə kuboku və Superkuboku titullarını qazanıb. 
 

writer photo
Əlirza Əlirzalı
0