Havayı göndərdiyini 16 milyona qaytardı
23.07.2022 - 00:00
Havayı göndərdiyini 16 milyona qaytardı

“Ayaks” “Leypsiq”in hücumçusu Brayan Brobbini transfer edib.

Apasport.az saytının məlumatına görə, Niderland klubunun mətbuat xidməti 20 yaşlı forvardın keçidini açıqlayıb.

Niderlandlı futbolçu Amsterdam təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. “Ayaks” yeni “9 nömrə” üçün almanlara 16,3 milyon avro ödəyəcək. Bonuslarla birlikdə bu məbləğ 19 milyon avronu keçə bilər.

Qeyd edək ki, “Ayaks”ın yetirməsi olan Brayan Brobbi ötən ilin yayında oradan “Leypsiq”ə havayı keçib. Almaniya klubunda 19 oyunda 6 qol vuran forvard bu ilin ilk 6 ayını icarə əsasında məhz “Ayaks”da keçirib.

writer photo
Əlirza Əlirzalı
0