Havayı klubunu dəyişən ən dəyərli 11 FUTBOLÇU
24.07.2022 - 10:11
Havayı klubunu dəyişən ən dəyərli 11 FUTBOLÇU

Avropa klubları son vaxtlar maliyyə problemləri səbəbindən azad agent statusu daşıyan futbolçular axtarırlar.

Apasport.az saytının məlumatına görə, əvvəlki illərlə müqayisədə artıq bir klubdan digərinə pulsuz keçən ulduz futbolçu sayı da artıb.

Bu yazıda da başqa kluba havayı keçən ən dəyərli futbolçuların siyahısını dərc edəcəyik:

1. Lionel Messi
Keçdiyi olduğu il: 2021
Haradan haraya: “Barselona”dan PSJ-yə
Keçid vaxtı transfer qiyməti: 80 milyon avro

2. Canluici Donnarumma
Keçdiyi  olduğu il: 2021
Haradan haraya: “Milan”dan PSJ-yə
Keçid vaxtı transfer qiyməti: 60 milyon

3. David Alaba
Keçdiyi  olduğu il: 2021
Haradan haraya: “Bavariya”dan “Real”a
Keçid vaxtı transfer qiyməti: 55 milyon

4. Robert Levandovski
Keçdiyi  olduğu il: 2014
Haradan haraya: “Borussiya”dan (Dortmund) “Bavariya”ya
Keçid vaxtı transfer qiyməti: 50 milyon

5. Pol Poqba
Keçdiyi  olduğu il: 2022
Haradan haraya: “Mançester Yunayted”dən “Yuventus”a
Keçid vaxtı transfer qiyməti: 48 milyon

6-7. Memfis Depay
Keçdiyi  olduğu il: 2021
Haradan haraya: “Lion”dan “Barselona”ya
Keçid vaxtı transfer qiyməti: 45 milyon

6-7. Frank Kessie
Keçdiyi  olduğu il: 2022
Haradan haraya: “Milan”dan “Barselona”ya
Keçid vaxtı transfer qiyməti: 45 milyon

8-11. Stefan de Vriy
Keçdiyi  olduğu il: 2018
Haradan haraya: “Latsio”dan “İnter”ə
Keçid vaxtı transfer qiyməti: 40 milyon

8-11. Leon Qoretska
Keçdiyi  olduğu il: 2018
Haradan haraya: “Şalke”dən “Bavariya”ya
Keçid vaxtı transfer qiyməti: 40 milyon

8-11. Aaron Remsi
Keçdiyi  olduğu il: 2019
Haradan haraya: “Arsenal”dan “Yuventus”a
Keçid vaxtı transfer qiyməti: 40 milyon

8-11. Antonio Rüdiger
Keçdiyi  olduğu il: 2022
Haradan haraya: “Çelsi”dən “Real”a
Keçid vaxtı transfer qiyməti: 40 milyon
 

writer photo
Əlirza Əlirzalı
0