Henderson Avropaya qayıtdı
19.01.2024 - 09:16
Henderson Avropaya qayıtdı

"Ayaks" heyətini gücləndirib.

Apasport.az xəbər verir ki, Amsterdam təmsilçisi "Əl-İttifaq"ın yarımmüdafiəçisi Cordan Hendersonun transferini açıqlayıb.

Bu barədə "Ayaks"ın mətbuat xidməti məlumat yayıb. Niderland klubu 33 yaşlı futbolçunun keçidinə görə təzminat ödəməyəcək. Çünki İngiltərə millisinin də şərəfini qoruyan Henderson Səudiyyə klubu ilə qarşılıqlı razılığı gələrək, müqaviləsinə xitam verib. 

Qeyd edək ki, Cordanın yeni klubu ilə sövdələşməsi 2026-cı ilin yayına kimi qüvvədə olacaq.

writer photo
Əlirza Əlirzalı
0