Holandan 4-cü het-trik
22.01.2023 - 19:44
Holandan 4-cü het-trik

İngiltərə Premyer Liqasının XXI turunun matçında "Mançester Siti"nin hücumçusu Erlinq Holan "Vulverhempton"la matçda 3 qol vurub.

Apasport.az xəbər verir ki, bu onun 19 Premyer Liqa matçına etdiyi 4-cü het-trikdir. 

İndi norveçlinin cari Premyer Liqa mövsümündə 25 qolu var. Əvvəlki 4 mövsümdə Premyer Liqanın "Qızıl buts"unu qazanmaq üçün 25 qol kifayət edirdi.

Qeyd edək ki, Erlinq Holan cari mövsüm daha əvvəl "Kristal Pelas" (4:2), "Notinqem Forest" (6:0) və "Mançester Yunayted"in (6:3) qapılarına 3 qol vurmuşdu. Hər 4 het-trik doğma "Etihad Arena"da olub.

Onu da bildirək ki, İngiltərə Premyer Liqasında bir mövsüm ərzində ən çox het-trikə "Nyukasl"ın sabiq futbolçusu Alan Şirer imza atıb. O, 1995/96 mövsümündə 5 dəfə het-trik edib.

writer photo
Əlirza Əlirzalı
0