Hücuma sürpriz namizəd
15.08.2022 - 17:54
Hücuma sürpriz namizəd

Mövsümə uğursuz start götürən “Mançester Yunayted” hücumçu axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” gözlənilməz variant araşdırmağa başlayıb.

Klub rəhbərliyi “Lester”in qolçusu Ceymi Vardiyə elçi düşüb. Ancaq “Lester”in 35 yaşlı forvardı buraxmaq istəməməsi işi çətinləşdirir. Məşqçilər korpusu onu komandadan ayrılmaq istəyən Kriştiano Ronaldoya layiqli əvəzləyici qismində görür.

Qeyd edək ki, Ceymi Vardi ötən mövsüm Premyer Liqada keçirdiyi 25 oyunda 15 qol vurub. 

writer photo
Əlirza Əlirzalı
0