İbrahimoviç: “Sən ulduz deyilsən, səsini kəs”
03.11.2022 - 16:39
İbrahimoviç: “Sən ulduz deyilsən, səsini kəs”

“Mbappe ilə tanışlığım yoxdur. Amma futbolçu kimi fantastikdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Milan”ın futbolçusu Zlatan İbrahimoviç deyib.

İsveçli hücumçu vaxtilə şərəfini qoruduğu PSJ-nin ulduzu Kilian Mbappe haqqında fikirlərini bildirib. “Real”a getməyərək Fransada qalan gənc forvardın davranışları İbrahimoviçi özündən çıxarıb: “Amma sən intizamı itirəndə fərdiliyi də itirirsən. Zidanın Zidan olmasının səbəbi var. Mbappe onun kimi olmaq istəyir? O, razı qalmamalı, inkişaf etmək istəməlidir. “Real”a keçməməklə özü üçün deyil, Paris üçün düzgün qərar verdi. Kilian elə vəziyyət yaratdı ki, klubdan daha önəmli oldu. Klub da bunun üçün ona hər cür imkan yaratdı. Amma sən heç vaxt klubdan artıq ola bilməzsən. Uşaq güclü olanda asanlıqla pul qazana bilər. Problem onun valideynləri, vəkilləri, agentlərindədir. Sən özündəki intizamı və özünü itirirsən. İndi yeni nəslin valideynləri hesab edirlər ki, özləri ulduz olublar. Müsahibələr də verirlər. Ancaq onlar kimdir ki? Səsinizi kəsin. Sizin oğlunuz işləməli və intizamlı olmalıdır”.

Qeyd edək ki, Zlatan 2012-16-cı illərdə PSJ-nin formasını geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0