Nabi Keyta komandasının heyətindən uzaqlaşdırıldı
17.04.2024 - 14:01
Bundesliqa təmsilçisi "Verder Bremen" Nabi Keytanı mövsümün sonuna kimi heyətdən kənarlaşdırıb.
Apasport.az xəbər verir ki, bu barədə "Verder"in idman direktoru Klemens Fritz açıqlama verib.
29 yaşlı futbolçunun “Bayer Leverkuzen”lə matçda ilk 11-də yer almayacağını öyrəndikdən sonra komanda ilə oyuna çıxmaq istəmədiyini bildirib: "Biz Nabinin davranışını qəbul edə bilmərik. O, bizi ruhdan saldı və öz maraqlarını komandadan üstün tutdu”.
Qeyd edək ki, Keyta sosial media hesabındakı paylaşımında bu iddiaları təkzib edib.
0
0