İbrahimoviç yenidən zədələndi
31.03.2023 - 00:45
İsveç millisinin və "Milan"ın futbolçusu Zlatan İbrahimoviç zədələnib.
Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçunun sağ bud əzələsində problem aşkarlanıb. Forvard bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdir ki, futbolçu "Napoli" ilə görüşü buraxacaq.
Sözügedən görüş aprelin 2-də keçiriləcək.
Qeyd edək ki, bu mövsüm isveçli oyunçu A Seriyasında 4 matç keçirib və 1 qol vurub. O, İsveçin AVRO-2024-ün seçmə məhələsində yığmamızla görüşü (0:5) üçün heyətə daxil edilməmişdi.
0
0