“Milan”ın hücumçusu Zlatan İbrahimoviç karyerasını bitirməyə tələsmir.
Apasport.az saytının məlumatına görə, isveçli forvard hazırda özünü yaxşı hiss etdiyini bildirib.
41 yaşlı futbolçu hələ də oynamaq gücündə olduğunu söyləyib: “Daim sağlam olmağa çalışıram. Bu səviyyədə qalacağım müddətdə irəli gedəcəyimi görmək üçün oynamağa davam edəcəyəm. Təslim olmağa başladığım gün ətrafımdakı insanların dürüst olmalarını və zəiflədiyimi demələrini istəyirəm”.
Qeyd edək ki, Zlatan İbrahimoviç hazırda dizindəki zədəni sağaltmaqla məşğuldur. Onun gələn ilin yanvarında kollektivə dönməsi gözlənilir.