İki Premyer Liqa klubu "Yuventus"un yarımmüdafiəçisi ilə maraqlanır
22.04.2024 - 13:48
İki Premyer Liqa klubu "Yuventus"un yarımmüdafiəçisi ilə maraqlanır

İtaliya A Seriyasında çıxış edən "Yuventus"un yarımmüdafiəçisi Adrien Rabiot cari Çempionlar Liqasında iştirak edən 2 İngiltərə Premyer Liqa klubunun radarındadır.

Apasport.az “Calciomercato” nəşrinə istinadla xəbər verir ki, fransız futbolçu ilə “Mançester Yunayted” və “Nyukasl” maraqlanır.

Mənbənin sözlərinə görə, Rabiotun “Yuventus”la yeni müqavilə imzalamaqdan imtina edəcəyi təqdirdə “Mançester Yunayted” və “Nyukasl” onu almağa çalışacaq.

Qeyd edək ki, yarımmüdafiəçinin Massimiliano Alleqrinin komandası ilə hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq.

 

writer photo
Əlirza Əlirzalı
0