İlkay Gündoğan “Barselona”da
21.06.2023 - 21:44
İlkay Gündoğan “Barselona”da

Almaniyalı futbolçu İlkay Gündoğanın “Barselona”ya keçidi rəsmiləşib.

Apasport.az saytı xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanacaq.

İlkayın “Mançester Siti” erası başa çatıb. Komanda ilə mövsümdə trebl edən Gündoğan “Barselona”nın təklifini qəbul edib. Baş məşqçi Xavi ilə görüş yarımmüdafiəçinin seçimində böyük rol oynayıb.

Qeyd edək ki, Gündoğan “Mançester Siti”nin heyətində 304 oyunda 60 qol vurub və 40 ötürmə edib. O, komanda ilə bir dəfə Çempionlar Liqasının, beş dəfə İngiltərə Premyer Liqasının, iki dəfə İngiltərə kubokunun, dörd dəfə Liqa kubokunun və iki dəfə İngiltərə Superkubokunun qalibi olub. 
 

writer photo
Əlirza Əlirzalı
0