İlkay Gündoğan transfer qərarını verdi: Geri dönür
21.08.2024 - 13:39
İlkay Gündoğan transfer qərarını verdi: Geri dönür

Adı "Qalatasaray" və "Fənərbaxça" ilə hallanan İlkay Gündoğan gələcəyi ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, "Barselona"da çıxış edən Gündoğan "Mançester Siti"yə qayıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

İlkay Gündoğan "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ilə görüşdükdən sonra keçmiş klubuna qayıtmaq qərarına gəlib.

Almaniyalı futbolçu 2025-ci ilin iyununa qədər "Siti"yə məxsus olacaq. 

Təcrübəli yarımmüdafiəçinin pulsuz olaraq "Mançester Siti"yə keçəcəyi gözlənilir.

Qeyd edək ki, İlkay 2016-2023-cü illərdə "şəhərlilər"in heyətində çıxış edib. 

 

writer photo
Əlirza Əlirzalı
0