Ruben Baraxa "Valensiya"nın yeni baş məşqçisi təyin edilib.
Apasport.az saytı xəbər verir ki, bu barədə İspaniya klubu məlumat yayıb.
47 yaşlı mütəxəssis ilə imzalanan müqavilənin müddəti haqda açıqlama verilməyib.
Baraxa 2000-2010-cu illərdə "Valensiya"da yarımmüdafiəçi kimi çıxış edib. Klubla iki liqa, həmçinin UEFA, Avropa Super Kubokunu və Kral Kubokunu qazanan Ruben Çempionlar Liqasının final matçının da iştirakçısı olub.
İspan mütəxəssis bir çox ispan klublarında iş təcrübəsinə malikdir.
Qeyd edək ki, “Valensiya” La Liqanın 21 oyunundan sonra 20 xalla turnir cədvəlinin 18-ci pilləsində yer alır.